Müsavat Partiyası tərəfindən deputatlığa namizədliyi irəli sürülən keçmiş daxili işlər naziri İsgəndər Həmidovun namizədliyi rəsmən qeydə alınıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) saytında məlumat yayılıb.
İ. Həmidovun namizədliyi 123 saylı Kəlbəcər seçki dairəsindən irəli sürülüb.
Qeyd edək ki, bu dairə üzrə 5 namizəd mübarizə aparacaq. Yeni Azərbaycan Partiyası isə bu dairədən Azərbaycan Dəmir Yollar QSC-nin sədri Cavid Qurbanovun namizədliyini irəli sürüb.