2 Oktyabr 2015 19:20
807
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Yoaxim Qauka təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Ölkənizin milli bayramı – Alman Birliyi Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Ümidvaram ki, Azərbaycan-Almaniya münasibətlərinin konstruktiv məcrada inkişafı, əməkdaşlığımızın səmərəli şəkildə davam etdirilməsi işinə bundan sonra da töhfələr verəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Almaniya xalqına daim sülh və firavanlıq diləyirəm".

Dövlətimizin başçısı Koreya Respublikasının Prezidenti Pak Kın Heyi də təbrik edib.

Məktubda qeyd olunur: "Hörmətli xanım Prezident, ölkənizin milli bayramı – Dövlətin yaranması günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram.

Əminəm ki, ölkələrimiz və xalqlarımız arasında daim möhkəmlənən dostluq əlaqələri, müxtəlif sahələri əhatə edən səmərəli əməkdaşlığımız bundan sonra da ikitərəfli münasibətlərimizin inkişafına xidmət edəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza daim sülh və firavanlıq arzulayıram".


Müəllif: