2 İyun 2014 11:08
883
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və İsveçrə Konfederasiyasının prezidenti Didye Burkhalterin təkbətək görüşü olub.

Teleqraf.com xəbər verir ki, rəsmi qarşılanma mərasimindən sonra baş tutan görüşdə ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub. Qarşılıqlı görüşlərin və səfərlərin əhəmiyyəti qeyd edilib. Ölkələrimiz arasında iqtisadi əməkdaşlığın və qarşılıqlı investisiya qoyuluşunun daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib.

İsveçrə Konfederasiyasının prezidenti Didye Burkhalterin Azərbaycana rəsmi səfərinin ikitərəfli münasibətlərin genişlənməsi baxımından əhəmiyyəti vurğulanıb.


Müəllif: