Azərbaycan Prezidenti İlham Əliyev Ağasəlim Səmədağa oğlu Şükürovun Azərbaycanın Livanda fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Sərəncam imzalayıb.
Prezident Azərbaycan Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıb ki, Ağasəlim Səmədağa oğlu Şükürov Azərbaycanın Livanda fövqəladə və səlahiyyətli səfiri təyin edilsin.