18 Aprel 2014 23:55
1 036
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrəvanda Ermənistan Prezident Administrasiyasının binasının qarşısında yetərincə çox adamın yığışdığı etiraz aksiyası keçirilir.

“Mən əleyhinəyəm” hərəkatının təşəbbüsü ilə keçirilən aksiyanın iştirakçıları yığım pensiyaları barədə qanunun ləğv edilməsini tələb edirlər. Onlar yığım fonduna keçirilmiş bütün pulları geri tələb edirlər.

Etirazçıların görüşünə Ermənistanın yeni baş naziri Ovik Abramyan gəlib. O, etirazçıları məsləhətə dəvət edib. Lakin iştirakçılar onun təklifi ilə razılaşmayıblar. Etirazçılar tələbləri yerinə yetirilməyənə qədər aksiyanı dayandırmayacaqlarını bildiriblər. /Ans/


Müəllif: