"ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) zəif və boş olduğu üçün Azərbaycanda keçiriləcək seçkilərə getməmək barədə qərar qəbul edib".
Trend-in məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT-in baş katibi Lamberto Zannierlə Moskvada keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, dövlət, o cümlədən ATƏT-dən müşahidəçilər dəvət etməlidir və oraya neçə müşahidəçinin gedəcəyi vacib deyil: "Bu, katibliyin günahı deyil, boş olduğu üçün ardıcıl sınaqlara məruz qalan struktur və onu dolğun təşkilat etməkdən boyun qaçıranlar asan manipulyasiya etmək üçün təşkilatın belə səviyyədə qalmasına üstünlük verirlər".