Neçə müddətdir ki, Azad Demokratlar Partiyası haqqında və onun fəaliyyətinə dair informasiyaya rast gəlinmir.
Qeyd edək ki, bu partiya bir ildən çoxdur ki, təsis edilib. Sülhəddin Əkbər partiya sədri seçildikdən sonra bu təşkilatın qısa müddətə inkişaf edəcəyi, hətta Müsavata bərabər qurum olacağı proqnozlaşdırılırdı.
Ancaq son müşahidələr göstərir ki, bu partiya son aylar ən passiv dövrünü yaşayır. Buna səbəb isə partiyanın dövlət qeydiyyatının olmamasıdır. Azad Demokratlar Partiyası yayda "Azadlıq-2015" Seçki Blokuna daxil olmuşdu, bir müddət bu formatda fəaliyyət göstərdi və həm də gündəmdə oldu. Lakin sonrakı mərhələdə partiya bu qurumdan çıxdı, onun sədri Sülhəddin Əkbər isə seçkilərdə namizədliyini irəli sürmədi. Məhz bundan sonra ictimai maraqlar baxımından partiyanın fəaliyyəti, gördüyü işlər arxa plana keçib.