Müsavat Partiyasının başqan müavini Elman Fəttah və REAL İdarə Heyətinin üzvü Xalid Bağırov Milli Şuranın üzvü Qurban Məmmədova qarşıdır. Buna səbəb Qurban Məmmədovun işlətdiyi fikir olub. Belə ki, Məmmədov müəyyən təkliflərlə çıxış edib, amnistiya verilməsi və hər kəsin bağışlanmasının mümkünlüyünü dilə gətirib. Bu isə REAL və Müsavatın narazılığına səbəb olub. Odur ki, hər iki qurumun nümayəndəsi sosial şəbəkədə Qurban Məmmədovu və dolayısı ilə Milli Şuranı sərt şəkildə tənqid edib. Qeyd edək ki, hələlik Məmmədov onu tənqid edənlərə cavab verməyib. Əgər cavab versə, bu tərəflər arasında qarşıdurmanı bir qədər də gücləndirəcək. Onu da deyək ki, hazırda Müsavat və REAL sözdə müttəfiqlik və əməkdaşlıq içərisindədir.