13 Oktyabr 2015 12:27
588
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçirilir.

Teleqraf .com xəbər verir ki, iclasda “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi, “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında” qanunun layihəsi, “Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu haqqında” qanun layihəsi, “Azərbaycan Respublikasında 2016-cı il üçün ehtiyac meyarının həddi haqqında” qanunun layihəsi, “Dövlət rüsumu haqqında”, Azərbaycan Respublikası Milli Məclisinin 2016-cı il üçün xərclər smetası haqqında və Azərbaycan Respublikası Hesablama Palatasının 2016-cı il üçün xərclər smetası haqqında layihələr müzakirə edilir.

Spiker Oqtay Əsədov deyib ki, Prezidnetin sosial-iqtisadi siyasəti nəticəsində dunya iqtisadiyyatında baş verən proseslərin ölkəyə təsirləri azalıb. Parlamentin gündəliyi haqqında məlumat verən spiker bildirib ki, gələn ilin büdcə zərfi növbəti ildə də iqtisiadi artım gözləndiyin göstərir:”Növbəti ilin büdcəsinin gəlir və xərcləri cari illə müqayisədə azalıb. Amma bu azalma sosial yönümlüyü xərclər üzrə baş verməyib. Sosialyönümlü xərclər qorunub saxlanılıb. Azalma əsasən Neft Fondundan transferlər üzrə baş verib. 2015-ci ildə fonddan transfert 10 milyard manat nəzərdə tutulmuşdusa, gələn il 6 milyard manat olacaq. Transfertdə azalma 42 faiz təşkil edir”.

Oqtay Əsədov deyib ki, dünyada iqtisadi böhran müşahidə olunur. Lakin Azərbaycan prezidentinin apardığı məqsədyönlü iqtisadi siyasət nəticəsində növbəti ildə də artım gözlənilir. 2016-cı ilin büdcə layihəsi parlamentin birgə komitəsinin iclasında müzakirə edilib. Siz hamınız ötən gün prezidentin hökumətin müşavirəsində çıxışını oxumusunuz. Ümid edirəm ki, hökumət üzvləri və deputatlar bu çıxışda qarşıya qoyulan məqsədlərə çatmaq üçün əlindən gələni edəcək.

İqtisadi Siyasət komitəsinin sədri Ziya Səmədzadə isə deyib ki, dövlət büdcəsinin layihəsi, büdcə zərfinə daxil olan bütün sənədlər komitədə birgə müzakirə edilib, ən kiçik məqamlara belə toxunulub. Əvvəllər deputatlar əgər seçildiyi rayonlar üzrə danışırdılarsa, indi ümumi ölkə maraqları konteksində danışırlar. Hamımıza bəllidir ki, qlobal böhran konteksində ölkələrdə hansı proseslər gedir, necə gərginliklər yaşanır. Əlbəttə, bu neft ölkələrində də hansısa problemlər yaradır. Neftin qiymətinin iki dəfə aşağı düşməsi gəlirləri aşağı salıb. Neftin qiymətinin aşağı düşməsi büdcə gəlirlərinin, valyuta ehtiyatına mənfi təsir edib. Ancaq ölkə iqtisadiyyatının müstəqil olması, görülən səmərəli tədbirlər bizi bu vəziyyətdən çıxarır və ciddi problemlərlə üz-üzə qoymadı. 15 il əvvəl deyirdilər ki, iqtisadiyyat neftdən asılıdır. Bu gün cəsarətlə demək olar ki, Azərbaycan dövlətinin apardığı siyasət ondan ibarət olub ki, iqtisadiyyatda neftdən asılılığı azalsın və iqtisadiyyatda qeyri neft sektorunun çəkisi artsın. Bu gün dövlət büdcəsinin ÜDM 20 faiz təşkil etməsi göstərir ki, sosial xərclər, əmək haqülarının verilməsində problemlər olmasın və maaşlar artsın. Əlbətdə müəyyən qüvvələr var ki, iddia edirlər biz neftdən asılı ölkəyik. Bizim Negft Fondu yaradılmasaydı, Qaz strategiyası düzgün qoyulmasaydı, 200 milyard kapital qoyulmasaydı, bu gün iş yerləri açılmazdı. Biz vəziyyətdən ona görə çıxdıq ki, qeyri neft sektoru inkişaf etdi, iş yerləri açıldı. Əgər infrostruktur qurulmasaydı bütün bunlara nail olmazdıq.

Qarşıdakı dövrdə də neft-qaz kompleksdi sürətlə inkişaf edəcək. Prezidentdə bəyan etdi ki, əsas məqsəd qeyri neft sektorunun inkişafı, aqrar sahənin irəli aparılması, sahibkarlara dəstək verməkdir. Bu büdcə gəlirlərinin artmasına şərait yaradacaq. Qeyd edim ki, büdcə zərfinə daxil olan materriallar göstərir ki, bizim iqtisadi strukturlar əl-ələ verərək işləyiblər. Əvvəl bəzən razılaşmalar gec olurdu. Lakin 2016-cı il büdcəsi göstərir ki, iqtisadi strukturlar birgə işləyərək mükəməl sənəd hazırlayıblar. Təbii ki, bizim problemlərimizdə var. Bunu hökumət üzvləri də, deputatlarda qeyd edəcək. Bizim hədəflərimiz ondan ibarətdir ki, məşğulluq siyasəti aparaq, yeni iş yerləri yaradaq. Təbii ki, 30 min iş yerinin bağlanması mühüm məsələdir və biz bunun təhlilini aparaq. Çalışaq ki, işsizlik az olsun. Bu gün iqtisadiyyatda elə sahələr var ki, yeni iş yerləri yaradaraq büdcə gəlirlərini artıra bilərik. Bir məsələyə də diqqəti çatdırmaq istəyirəm. Əmək müqaviləsi, kölgə iqtisadiyyatının ildə 2-3 faiz azaldılması, əmək nizamının yaradılması da, büdcə gəlirlərini artıra bilər.

Borclanma siyasəti dünya ölkələri içərisində ən aparıcı məsələdir. Reyqtin cədvəlində Azərbaycan dövləti sondan 3-cü yerdədir. Yəni ən az borc alan ölkəyik. Biz həm dövlətin, həm də özəl sektorun borcunun nə qədər olduğunu müəyyən etməliyik. Azərbaycan adına borcun nə qədər olduğunu müəyyən etməliyik. Cənab prezidentdə qanunvericilik təşəbbüsü ilə çıxış edib və yəqin ki, Mərkəzi Bankın hüquqları genişləndiriləcək.

Dövlət büdcəsinin xərclər məsələsidə əhəmiyyətlidir. Cari xərclər tamamilə daxili imkanlar hesabına edə bilərik. Sahibkarlara yoxlamaların azalması, şəffaflıq, vergi rüsumları hesabına buna nail ola bilərik. Azərbaycan iqtisadiyyatına bu il 18 milyard investisiya qoyulacaq. Bunun 50 faizi özəl sektorun hesabına baş verəcək. Bütün bunlar sahibkarlıq sinfinin formalaşması, zəhmətkeş Azərbaycan xalqının əməyinin nəticəsi və dövlətin apardığı müstəqil siyasətin nəticəsidir. 2016-cı il büdcəsi milli maraqlara cavab verir. Heç düşünməsin ki, gəlirlər azalıb. Ancaq sosial ypnümlü proqramların hamısı yerinə yetiriləcək, iqtisadiyyatda dinamik inkişafı üçün münabit şərait yaradılacaq.


Müəllif:

Oxşar xəbərlər