16 Oktyabr 2015 14:35
734
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İsa Qəmbərin siyasi olaraq rəhmətə getməsindən 12 il keçir, ruhu şad olsun, amin”.

Teleqraf.com xəbər verir ki, bu fikirləri NİDA hərəkatının üzvü Zaur Qurbanlı 2003-cü il 15 oktyabr prezident seçkisində məğlub olan Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər haqda bildirib.

İsa Qəmbərin bu fikirlərə reaksiyası özünü çox gözlətməyib.

“İlk dəfə 1990-cı ilin yanvarından sonra dedilər ki, Əbülfəz Elçibəy və İsa Qəmbər (ov) siyasi meyitdir. Mark Tven demişkən, “mənim ölümüm barədə şayiələr bir qədər şişirdilib”, - deyə keçmiş başqan cavabında bildirib.

Z. Qurbanlı isə “Məncə, artıq doğulmuşları görmədən bunu arzulamaq özü də artıq siyasətdə olmadığınızı göstərir. Çox istərdim ki, siyasətçi məsuliyyətini kənara qoyub bu barədə yazasınız, Azərbaycan bu yazıdan çox şey qazanardı” deyə cavab verib.


Müəllif:

Oxşar xəbərlər