Milli Məclisin deputatı Sahibə Qafarova Bosniya-Hersoqovinanın Avropa Şurası Nazirlər Kabinetinə sədrliyi çərçivəsində AŞPA-nın Bərabərlik və qeyri-diskriminasiya komitəsinin iştirakı ilə keçiriləcək konfransa qatılmaq üçün oktyabrın 19-dan 21-dək bu ölkəyə səfər edəcək.
Teleqraf.com xəbər verir ki, Sarayevo şəhərində keçiriləcək tədbir “İstanbul Konvensiyasının həyata keçirilməsi üzrə monitorinq, yeni birgə fəaliyyətlər” mövzusuna həsr olunub. Deputatımız konfransda müzakirə edilən məsələlərə öz münasibətini bildirəcək.
Nemət