17 Oktyabr 2015 17:05
621
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son 20 ildə Azərbaycanı tərk edərək Avropaya gedən şəxslər ilk dəfə olaraq ümumi Avropa konfransı keçirəcək. Artıq neçə gündür ki, bu haqda xəbərlər yayılıb.

Qeyd edək ki, Avropaya gedənlər arasında Müsavat Partiyasının üzvləri daha çoxdur. Odur ki, sözügedən konfransın işində müsavatçıların daha çox iştirak edəcəyi gözləniləndir. Müşahidələr isə göstərir ki, Avropada olan soydaşlarımızın dəstəyinə sahib çıxmaq üçün Müsavat Partiyası ilə Azərbaycan Demokratiya və Rifah Hərəkatı arasında rəqabət başlayıb. Hazırda Frankfurtda keçiriləcək konfransı həm Müsavat Partiyasına bağlı şəxslər, həm də ADR Hərəkatı geniş formada təbliğ edir. ADR Hərəkatının sədri Qubad İbadoğlu şəxsən bununla bağlı böyük bir status yazıb və bu tədbirin əhəmiyyətini qeyd edib. Müsavata bağlı şəxslər də analoji fikirlər yayıb. Avropadakı müsavatçıların kimi dəstəkləyəcəyini isə zaman göstərəcək.


Müəllif:

Oxşar xəbərlər