18 Oktyabr 2015 21:19
581
12 Punto 14 Punto 16 Punto 18 Punto

Modern.az xəbər verir ki, oktyabrın 18-də AXCP Etimad Qurultayı keçirilib. Əmircan qəsəbəsindəki Səttar Bəhlulzadə adına mədəniyyət evində keçirilən qurultayda AXCP-nin Əli Kərimlidən ayrılan hissəsi iştirak edib. Qurultayda 209 nəfər səsvermədə iştirak edib. Razi Nurullayev 165 səslə sədr seçilib. Sədrliyə digər namizədlər Mehman Muradlı 24, Səbuhi Məmmədov isə 17 nəfərin səs toplayıb.

Razi Nurullayev qurultaydan sonra çıxış edərək bildirib ki, partiyası müxalifət kimi fəaliyyət göstərəcək.

“Biz bu gün demokratik seçki keçirməklə yeni tarix yazdıq. Hər biniz zaman gələcək bu şərəfli tarixi yazdığınıza görə fəxr, qürur duyacaqsız. Bu andan etibarən bununla fəxr etməyinizi istəyirəm” deyən R.Nurullayev əavə edib ki, Elçibəyin istədiyi AXCP məhz onlardır:

“AXCP-ni zəbt edən, nəticəsiz siyasətə imza atan, Azərbaycan gənclərini həbsxanaya göndərən və bunun nəticəsində xalqı təqiblərə məruz qoyan Əli Kərimliyə deyirəm: Əsl AXCP burdadir. Azərbaycana xidmətin bu andan etibarən istefa verməyin ola bilər. Qoy sənin yanındakılar da bizim yanımızda, Elçibəyin qurduğu partiyada yer alsınlar”.


Müəllif:

Oxşar xəbərlər