Fransanın “Opinionway” Yenilikçi Araşdırma Şirkəti 2015-ci il parlament seçkiləri ərəfəsində Azərbaycanda ictimai rəy sorğusu keçirib. Sorğu 1200 nəfər ölkənin yetkinlik yaşına çatmış qeydiyyatlı əhalisi arasında aparılıb.
Teleqraf.com-un məlumatına görə, sorğuda iştirak edən respondentlərin 58%-i hazırda Azərbaycanda işlərin düzgün istiqamətdə aparıldığını qeyd edib. Səhv istiqamətdə deyənlərin sayı 22,9%, 19,1 % isə suala cavab vermək istəməyib.
“Son illər Azərbaycan iqtisadiyyatının vəziyyəti necə dəyişməkdədir?” sualına respondentlərin 54,1%-i “Yaxşılaşır”, 28,2%-i “Dəyişmir”, 9,3%-i “Pisləşir” cavabını veriblər.
Respondentlərin 8,4%-i suala cavab verməyə çətinlik çəkib.
“Aşağıda qeyd edilən sahələrin hazırkı vəziyyətindən Siz nə qədər razısınız?” sualına respondentlərin cavabları belə olub:
Milli təhlükəsizliyin təmin olunması - 71,4% “Çox razıyam”, 10,8% - “Razı deyiləm”, 17,8% - “Bilmirəm”
Cinayətkarlıqla mübarizə - 68,4% - “Çox razıyam”, 16,9% - “Razı deyiləm”, 14,7% “Bilmirəm”
İnsan haqlarınm vəziyyəti - 69,8% - “Çox razıyam”, 12,5% - “Razı deyiləm”, 17,7% “Bilmirəm”
Təhsilin səviyyəsi - 48,8% - “Çox razıyam”, 41,3% - “Razı deyiləm”, 9,9% - “Bilmirəm”
Korrupsiya ilə mübarizə - 71,2% “Çox razıyam”, 18,1% - “Razı deyiləm”, 10,7% - “Bilmirəm”
İş əldə etmək imkanları - 51.8% “Çox razıyam”, 11,8% - “Razı deyiləm”, 18,2% - “Bilmirəm”
“Azərbaycan Respublikasında siyasi sistemin fəaliyyətindən nə dərəcədə razısınız?” sualına respondentlərin 50,8%-i “Çox razıyam”, 21,9 %-i - “qismən razıyam”, 14,7 %-i - “razı deyiləm”, 12,6 %-i isə “bilmirəm” cavablarını veriblər.
“Prezident İlham Əliyevin Prezident kimi öz vəzifələrinin icrası Sizi nə dərəcədə qane edir?” sualını cavablandıran respondentlərin 78,8 %-i “Çox qane edir”, 11,8 %-i - “Qismən qane edir”, 5 %-i - “Qismən qane etmir”, 2,9 %-i - “qətiyyən qane etmir” cavablarını qeyd ediblər. 1,5 % respondent “bilmirəm” cavabını verib.
Suala 2 cavab qeyd etmək imkanında olan respondentlər “Fikrinizcə, Azərbaycanda hazırda mövcud olan ən vacib problemlər hansılardır?” sualına bu cavabları veriblər:
Dağlıq Qarabağ - 66,5 %,
İqtisadi - 30,8 %,
Təhsil - 23,3 %,
Ətraf mühit - 11,7 %,
İnsan haqları - 9,0 %,
Vergilərin çoxluğu - 8,5 %,
Milli təhlükəsizlik - 1,7 %,
Bilmirəm - 6,3 %
"1 noyabrda keçiriləcək Milli Məclisə seçkilər ərəfəsində aparılan seçki kampaniyası Sizin üçün nə dərəcədə maraqlıdır?" sualına respondentlərin cavabları belə olub:
Çox maraqlıdır - 41,2 %,
Qismən maraqlıdır - 35,3 %,
Demək olar ki, maraqsızdır - 9,6 %,
Heç maraqlı deyil - 11,5 %,
Bilmirəm - 2,4 %
Sorğuya qatılan respondentlərin 63%-i 1 noyabr seçkilərində mütləq iştirak edəcəklərini, 12 %-i - ola bilsin ki, iştirak edəcəklər, 7,7 %-i ola bilsin ki, iştirak etməyəcəklər, 9 %-i isə qətiyyən iştirak etməyəcəklərini bildiriblər. 8,3 % isə bu barədə hələ qərar vermədiklərini bildiriblər.
“Yaşadığınız seçki dairəsindən seçilmiş deputatın vəzifələrinin icrası Sizi nə dərəcədə qane edir?” sualına 39,6 %-i "Tam qane edir", 33,8 %-i "Qismən qane edir", 10,8 %-i "Qismən qane etmir", 9,8 %-i isə "Qətiyyən qane etmir", 6 %-i isə "Bilmirəm" cavablarını veriblər.
“Milli Məclisə keçiriləcək seçkilərdə hansı siyasi qüvvənin namizədini dəstəkləmək fıkrindəsiniz?” sualına respondentlər aşağıdakı cavabları veriblər:
İqtidar və ya iqtidaryönümlü partiyanın namizədini - 71,7 %
Müxalifət partiyasının namizədini - 6,0%
Bitərəf namizədi - 16,4%
Bilmirəm - 5,9%
Respondentlərin 71 %-i “Milli Məclisə keçirilən son seçkilərdən sonrakı dövrə baxaraq eyni deputatın seçilməsini istərdi, 22,3 %-i isə başqa bir deputatın seçilməsini istərdi. 6,7 % respondent isə suala cavab verməyə çətinlik çəkib.
“Sizin əsas məlumat mənbəyiniz hansılardır?” sualına respondentlər aşağıdakı cavabları veriblər:
İqtidaryönlü qəzetlər -31,1 %
Müxalifətyönlü qəzetlər - 11 %
Müstəqil qəzetlər - 28,4%
Azərbaycan Televiziyası (AzTV) - 41,0%
İctimai kanal - 38,3%
Özəl televiziya kanalları - 67,9%
Dövlət radio dalğaları - 17,4%
Özəl radiolar - 9,5%
İnternet - 35,8%
Müxtəlif insanlar - 24,4%.