19 Oktyabr 2015 17:19
728
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya və İran Xəzərdə birgə hərbi təlimlər keçirəcək. İran Müdafiə Nazirliyindən verilən məlumata görə, Hərbi Dəniz Qüvvələrinə məxsus Xəzər dəniz donanmasının üç hərbi gəmisi Rusiyanın Həştərxan limanına yan alınıb. İran HHQ-nin gəmiləri - "Damavand" esminesi, həmçinin iki raket kateri "Cuşan" və "Peykan" bu gün Rusiyanın Həştərxan limanına yola düşüb. "Damavand", "Cuşan" və "Peykan" İranın şimalındakı Bəndər-Ənzəli şəhərindən yola düzəlib.

Gəmilərin səfəri 14 gün davam edəcək.


HHQ-nin komandanı Əhməd Reza Bakerinin sözlərinə görə, İran gəmilərinin Rusiya və Azərbaycan limanlarına yan alması donanmalar arasında əlaqələrin gücləndirilməsi və dənizçilərin təlimləri ilə bağlıdır.

Qeyd edək ki, bir müddət öncə Rusiya Xəzər dənizindəki hərbi gəmilərindən Suriyaya raket zərbələri endirmişdi. Bu, beynəlxalq aləmdə ciddi rezonans doğurmuşdu. Bunun ardınca Rusiyanın dənizdə İranla birgə hərbi təlimlər keçirməsi bir sıra siallar doğurur.

Politoloq Rüstəm Məmmədovun sözlərinə görə, Xəzər sülh, əmin-amanlıq dənizi olmaqdan çıxıb və yenidən əvvəli aktiv hərbiləşmiş hövzə funksiyasını bərpa edir: "Rusiya və İran arasında hərbi əməkdaşlıq var. Tərəflərin razılığı ilə Xəzərdə hərbi təlimlər keçirirlər. Hər iki ölkə regionda əzələ nümayişi etdirir. Göstərirlər ki, bölgədə əsas güc mərkəzidilər. Əlbəttə, birgə hərbi təlimlər keçirmək və Rusiyanın Suriyanı bombalaması fərqli nüanslardır. İkinci daha ciddi hadisədir. Çünki Rusiya Xəzərdə İrana aid məkana daxil olmaqla Suriyanı bombalamışdı. Bu, birbaşa hərbi hücum idi. Hərbi təlimlər isə o qədər də təhlükəli deyil. Bunun Azərbaycana heç bir isti-soyuğu yoxdur. Heç Azərbaycanın bu məsələyə qarışması da düzgün deyil".

R.Məmmədov hesab edir ki, Xəzərdə hərbi aktivləşmə daim olub: "Rusiya və İran ilə yanaşı Türkmənistan da zaman-zaman Xəzərdə hərbi təlimlər keçirib. Hətta Azərbaycanın da hərbi təlimləri olub. Hərbi təlimlərdən qorxmaq lazım deyil. Burada söhbət ondan gedir ki, Xəzəryanı dövlətlər birgə hərbi təlimlər keçirməklə, bir-birinə hərbi dəstəklərini nümayiş etdirirlər".

Ayxan


Müəllif:

Oxşar xəbərlər