20 Oktyabr 2015 13:51
1 044
12 Punto 14 Punto 16 Punto 18 Punto

""Azadlıq-2015" seçki blokunun parlament seçkilərini boykot edəcəyi barədə məlumatlar doğru deyil".

Bunu Teleqraf.com-a açıqlamasında "Azadlıq-2015" seçki blokunun təsisçilərindən olan Azadlıq Partiyasının sədri Əhməd Oruc bildirib. Onun sözlərinə görə, blokda təmsil olunan partiya nümayəndələrinin bir neçəsinin namizədliyi qeydə alınmasa da belə, seçkilərdə iştirakdan imtina olunmayıb: "Mən seçkiləri boykot edən müxalifətçiləri anlayıram. Onların arqumentləri kifayət qədər məntiqlidir. Amma biz boykot etməmişik. Çünki bloku təsis edəndə bizi hansı çətinliklərin gözlədiyini bilirdik".

Qeyd edək ki, "Azadlıq-2015" seçki blokunda təmsil olunan Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu və Azadlıq Partiyasının sədri Əhməd Orucun namizədliyi müvafiq dairə seçki komissiyaları tərəfindən qeydə alınmayıb.

Ayxan


Müəllif:

Oxşar xəbərlər