20 Oktyabr 2015 14:52
652
12 Punto 14 Punto 16 Punto 18 Punto

97 saylı Goranboy-Ağdam-Tərtər Seçki Dairəsi üzrə Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə deputatlığa namizədliyi irəli sürülmüş Ağalar Vəliyev növbəti görüşünü keçirib.

Deputatın seçki qərargahından verilən məlumata görə, namizədin təbliğat-təşviqat kampaniyası çərçivəsində keçirilən mitinq-görüş Tərtər rayonunun Bəyimsarov, Sarov və Borsunlu kəndlərinin seçicilərini əhatə edib.

Mitinq-görüşü Yeni Azərbaycan Partiyası Tərtər Rayon Təşkilatının sədri R.İ.Şabanov açıb. Daha sonra namizədin vəkili Rəxşəndə Abdullayeva görüş iştirakçılarını Ağalar Vəliyevin tərcümeyi-halı, vəkil Nigar Əliyeva isə onun deputatlıq fəaliyyəti haqda hesabatla tanış edib.

Ağalar Vəliyev IV çağırış MM-in deputatı kimi Qaradağ rayonunda gördüyü işlər barədə seçicilərə geniş məlumat verib və qeyd edib ki, orada apardığı quruculuq və xeyriyəçilik işini, seçiləcəyi təqdirdə 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsinin əhatə etdiyi kənd və qəsəbələrdə də davam etdirəcək.

Bəyimsarov kənd ağsaqqalı Bəhmən Bayramov, Bəyimsarov kənd xəstəxanasının baş həkimi Mehriban Hüseynova, Sarov kəndinin sakini Telman Paşayev, Bildirçinli kənd sakini İnqilab Hətəmov, Borsunlu kənd sakini Qədir Hüseynov çıxış edərək deputatın bundan əvvəlki fəaliyyəti ilə bağlı məlumatlı olduqlarını, A.Vəliyevin məhz onların dairəsindən namizədliyinin irəli sürülməsini razılıqla qarşıladıqlarını deyiblər.



Ağalar Vəliyev seçicilərlə növbəti görüşünü keçirib-FOTOlar

Ağalar Vəliyev seçicilərlə növbəti görüşünü keçirib-FOTOlar

Ağalar Vəliyev seçicilərlə növbəti görüşünü keçirib-FOTOlar


Müəllif: