21 Oktyabr 2015 17:16
544
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın Azərbaycandakı səfirliyinin viza şöbəsi noyabrın 2-dən 6-dək bağlı olacaq.

Teleqraf.com-un səfirliyin saytına istinadən verdiyi xəbərə görə, diplomatik nümayəndəliyin viza şöbəsi yeni ofisə köçür. Yeni ofisdə təmir işləri tam başa çatmadığından, viza şöbəsi bir neçə gün bağlı olacaq.

Qeyd edək ki, Almaniya səfirliyinin viza şöbəsinin yeni ofisi "İSR Plaza" otelinin 7-ci mərtəbəsində yerləşir.


Müəllif: