26 Oktyabr 2015 14:21
731
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Nüvə məsələsi ilə bağlı problemlərin həlli və İrana qarşı tətbiq edilən beynəlxalq sanksiyaların ləğvi region ölkələri üçün iqtisadi inkişaf sahəsində yeni imkanlar açır".

Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, bunu Rusiyada səfərdə olan Azərbaycan sənaye və iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova rusiyalı jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, bu, bütün regiona müsbət təsir göstərəcək: "Bu rakursda region ölkələri üçün mühüm iqtisadi imkanlar yarana bilər. Biz həmçinin, qonşu ölkələrin iqtisadi inkişafında maraqlı olmalıyıq".

S.Həsənova İranla rəsmi Bakı arasında Avropaya qazın nəqli ilə bağlı danışıqlara başlaması məsələsinə də aydınlıq gətirib: "Belə danışıqlar Azərbaycan və İranın neft-qaz şirkətləri və ya energetika nazirləri arasında gedə bilər. Sanksiyaların ləğvindən sonra biz "Şimal-Cənub" dəhlizinin yaradılması ilə bağlı aktiv müzakirələr aparırıq. İran-Azərbaycan-Rusiya dəmiryolu xəttinin yenidən bərpa edilməsi bizim üçün çox vacibdir".

Samir


Müəllif:

Oxşar xəbərlər