26 Oktyabr 2015 15:50
881
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Müsavat Partiyasının oktyabrın 25-də keçirdiyi mitinq bu partiyanın nə qədər zəiflədiyini bir daha göstərdi. Mitinqə gələnlərin çox çüzi hissəsi Yasamal müsavatçılarından ibarət idi. Orada İsa Qəmbərin seçiciləri yox idi”.

Bunu Teleqraf.com-a açıqlamasında Müsavat başqanının keçmiş müşaviri Hüseyn Məlik partiyanın oktyabrın 24-də keçirdiyi aksiyaya münasibət bildirərkən qeyd edib.

Onun sözlərinə görə, Müsavat Partiyasının namizədləri seçicilərlə görüşməkdə maraqlı deyillər: “Onlar reallığı yaxşı dərk edirlər. Arif Hacılı bu günə qədər Xətaidə görüş keçirməyib. Müsavat Partiyasının keçirdiyi mitinq partiyanın mövcud imkanlarını bir daha ortaya qoydu. Mən başqan müşaviri, Səbail rayon təşkilatının sədri olmuşam. Müsavatçıları yaxşı tanıyırıam. Mitinqə gələnlərin əksəriyyəti müsavatçı deyildi. Ən azından Yasamal müsavatçıları deyildi. İsa Qəmbərin namizəd olduğu dairənin seçicilərinin bir qismi mitinqin keçirildiyi ərazidə yaşayır. Yəni onun seçiciləri mitinqə gəlməmişdi. Lənkərandan, Zaqataladan, Qubadan və digər rayonlardan gələnlər var idi, amma Yasamal müsavatçılarının heç 5 faizi mitinqdə yox idi".

İsa Qəmbərin dairəsini dəyişməsinə də münasibət bildirən H.Məlik ötən parlament seçkilərində eks-başqanın seçki qərargahının rəhbəri olduğunu diqqətə çatdırdı: "Mən əvvəlki parlament seçkilərində İsa Qəmbərin seçki qərargahının rəhbəri olmuşam. Hesab edirəm ki, İsa Qəmbər dairəsini dəyişməməli idi. Ümumiyyətlə, o , seçkilərdə iştirak etməməli idi. O, parlamentə düşsə və deputat kimi Milli Məclisə gedib-gəlsə, özünün keçmiş fəaliyyətinin üzərindən xətt çəkmiş olacaq. Bununla İsa Qəmbər seçkilərin nəticəsini tanımış olacaq. Müsavat Partiyası 24 namizədlə seçkiyə qatılıb və hesab edirlər ki, onlardan biri, - həmiş şəxs İkram İsrafil ola bilər, - parlamentə düşsə, dövlət büdcəsindən maliyyələşəcəklər”.

Ayxan


Müəllif:

Oxşar xəbərlər