27 Oktyabr 2015 19:20
692
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mən heç bir yerə qaçmamışam. Noyabrın 2-si Bakıda olacağam”.

Teleqraf.com xəbər verir ki, bunu Ümid partiyasının sədr müavini, deputatlığa namizəd Ramin Hacılı öz “Facebook” hesabında haqqında qaçması ilə bağlı yazılanlara münasibət bildirərkən yazıb. O, bildirib ki, ciddi problem səbibindən Türkiyəyə yollanıb: “İki gün yolda oldum. Kiməsə xəbər edə bilmədim. Yaxşı oldu, dost və düşmən kəsilən bilindi. Kiməsə borcum yoxdur. İş görürəm və bu əsnəda alınmayan işlərə görə qaytaracaqlarım var və onlar da bir həftə gözləyəcək, gəlib həll edəcəyəm”.

R.Hacılı qeyd edib ki, bir qrupun iddia etdiyi kimi külli miqdarda borcu yoxdur: “Gəlincə məhkəməyə müraciət edəcəyəm və həqiqəti ortaya çıxaracağam. Fürsətçillik etməyin, adamın başına iş gələr. Gözləyin”.

Qeyd edək ki, şəxsi problemləri ilə bağlı ölkəni tərk etdiyi deyilən Ramin Hacılı ilə bağlı sərt ittihamlar səsləndirilib. Cənubi Azərbaycandan olan H.X adlı tələbə üç dostu ilə bir müddət əvvəl Ramin Hacılı ilə tanış olduğunu deyib. O, bildirib ki, Ramin Hacılı onlara İtaliyada təhsil ala bilmələri üçün yardım edə biləcəyini bildirib və bu məqsədlə də tələbələrin hər birindən 6 min manat pul alıb.


Müəllif: