27 Oktyabr 2015 20:35
625
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycanın seçki təcrübəsi hazırda Cənubi Qafqaz regionu üçün ən yaxşı modeldir". Trend məlumat verir ki, bu barədə Seçki-2015.az saytına açıqlamasında Gürcüstan parlamentinin deputatı Azər Süleymanov deyib.

Bu gün Azərbaycanın regionun ən inkişaf etmiş demokratik ölkəsi olduğunu söyləyən A.Süleymanov deyib: “Mən dünyanın bir çox ölkəsində, o cümlədən Azərbaycanda seçkiləri müşahidə etmişəm. Müşahidələrim deməyə əsas verir ki, Azərbaycanın demokratik ənənələrə uyğun seçki təcrübəsi var. Hər bir seçici azad şəkildə istədiyi namizədə səs verə, öz gələcəyini özü seçə bilir. Dövlət tərəfinən azad və şəffaf seçkilərin keçirilməsi üçün lazım olan hər şey edilir. Ona görə də hər bir azərbaycanlı noyabrın 1-də keçiriləcək seçkilərdə aktiv iştirak etməli, seçki məntəqəsinə gələrək Azərbaycanın uğurlu gələcəyi üçün səs verməlidir”.

A.Süleymanov bildirib ki, Azərbaycan iqtisadi inkişafına, siyasi islahatlarına görə təkcə Cənubi Qafqaz yox, bütün dünya üçün nümunədir. O vurğulayıb: “Hesab edirəm ki, Azərbaycandakı bu gün inkişaf nəinki Cənubi Qafqaz ölkələrində, heç Avropa dövlətlərində də yoxdur. Ermənistanda hansısa azad seçkidən danışmaq mümkün deyil. Bu ölkənin əhalisi cəmi üç milyona yaxındır. Lakin reallıqda ölkədə cəmi bir milyon insan qalıb. Ermənistan hakimiyyəti də seçki adından imitasiya edərək, ölkədə olmayan vətəndaşların adından öz xeyrinə səs toplayır. Qeyri-rəsmi məlumatlara görə, Suriyadan Ermənistana 70 min erməni gəlib. Əminəm ki, Ermənistan hökuməti ölkədən gedən vətəndaşların pasportu ilə onlara səs verdirəcək. Çünki bu ölkədə nəinki azad seçki, ümumiyətlə adi yaşamaq hüququ təmin olunmayıb”.


Müəllif:

Oxşar xəbərlər