"Müsavat Partiyasının qərarından xəbərim yoxdur. Mən seçicilərlə görüşə gedirəm. Görüşlərimi davam etdirəcəm".
Bunu Teleqraf.com-a açıqlamasında Müsavat Partiyasından deputatlığa namizəd İkram İsrafil bildirib.
İkram İsrafil Müsavat Partiyasının 115 saylı Şəki seçki dairəsindən deputatlığa namizədidir.
Qeyd edək ki, Müsavat Partiyası parlament seçkilərində iştirakını dayandırıb.