30 Oktyabr 2015 19:52
538
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün Bakıda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) müşahidə missiyası görüşlərə başlayıb.

Teleqraf.com Seçki-2015.az saytına istinadən məlumat verir ki, müşahidə missiyası bu gün Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvləri ilə görüşüb. Görüş media üçün qapalı olub.

Sabah müşahidə missiyasının vətəndaş cəmiyyətinin təmsilçiləri, bəzi media rəhbərləri və Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşü gözlənilir.

Qeyd edək ki, 30 nəfərdən ibarət olan AŞ PA müşahidə missiyasına ispaniyalı parlamentari Jordi Çukla başçılıq edir.


Müəllif:

Oxşar xəbərlər