İsrailin nümayəndə heyəti noyabrın 1-də Azərbaycanda parlament seçkilərini izləmək üçün dünən günorta saatlarında Bakıya gəlib.
Secki-2015.az saytının məlumatına görə, nümayəndə heyətinə İsrailin keçmiş xarici işlər naziri, “Naş dom-İzrail” partiyasının lideri, tanınmış siyasətçi Aviqdor Liberman başçılıq edir.
Nümayəndə heyətinin tərkibinə keçmiş nazir Sofa Landver, İsrail parlamentinin üzvü Konstantin Razbozov, İsrailin ABŞ-dakı keçmiş səfiri, tanınmış siyasətçi Maykl Oren daxildir.
Qeyd edək ki, noyabrın 2-də İsrail nümayəndə heyəti Azərbaycanda mətbuat konfransı keçirməyi planlaşdırır.
Səxavət