1 Noyabr 2015 09:53
553
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nərimanov 20 saylı dairənin 16 saylı məntəqəsində seçkilər normal qaydada gedir.

Bu barədə Teleqraf.com-a 16 saylı məntəqənin sədri Xədicə Əliyeva deyib.

Onun sözlərinə görə, səhər saatları olmasına baxmayaraq, vətəndaşlar məntəqəyə gəlməkdə davam edir: “Ümumilikdə məntəqənin 1424 seçicisi var. Hazırda 1 nəfər yaşlı seçici müraciət edib və biz onun səsvermə hüququnu təmin edəcəyik”.

Məntəqədə "Els" Müstəqil Araşdırmalar Mərkəzi “exit-poll” tədqiqatı həyata keçirir.

Bəxtiyar


Müəllif: