2 Noyabr 2015 14:23
577
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisə keçirilən seçkilərlə bağlı AŞPA Müşahidə Missiyası da hesabatını açıqlayıb.

Teleqraf.com-un məlimatına görə, AŞPA Müşahidə Missiyasının rəhbəri Yordi Xuçla bildirib ki, 28 nəfərdən ibarət missiya üzvləri Bakıda və ölkənin digər ərazilərində seçkini müşahidə edib.

Onun sözlərinə görə, seçkilər Azərbaycanın seçkilərin demokratik keçirilməsi üçün hüquqi bazasını təmin edən Seçki Məcəlləsinə uyğun keçirilib:"Missiya belə qərara gəlib ki, seçki günü ölkə ərazisində sakit və sülh şəraitində keçib. Səsvermə prosesinin adekvat və ümumilikdə beynəlxalq stadartlara uyğun olduğu müşahidə edilib. Buna görə müşahidə missiyası Azərbaycan xalqını seçki prosesi zamanı nizamlı və dinc davranışına görə təbrik edir. Missiyanın müşahidəsinə görə və digər tərəfdaşlarla görüşlərə əsaslanaraq bildiririk ki, seçkilər və səsvermə prosesi peşəkar və texniki baxımdan yaxşı təşkil olunub".

Bəxtiyar


Müəllif: