2 Noyabr 2015 14:35
574
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycanda dünən keçirilən parlament seçkilərində diqqəti ən çox cəlb edən məsələlərdən biri qadınların seçkilərdə aktiv iştirak etməsi idi".

Teleqraf.com-un məlumatına görə, bunu Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) baş katibi Çinq Eui-Yong deyib.

Onun sözlətinə görə, Mərkəzi Seçki Komissiyasının dəvəti ilə seçkiləri müşahidə etmək məqsədilə ilə Azərbaycana gəliblər. Dünən İCAPP-ın nümayəndələri müxtəlif məntəqələrə baş çəkib, eyni zamanda, məntəqələrdə səslərin hesablanması prosesində də iştirak ediblər.

Çinq Eui-yong deyib ki, İCAPP nümayəndələrinin apatdığı müşahidələrin nəticələrinə görə, ümimilikdə seçki prosesi sülh şəraitində keçirilib, seçkilərin nəticələrinə təsit göstərə biləcək, demokratiyanın prinsiplərinə xələl gətirəcək heç bir hadisə baş verməyib.

Təşkilatın baş katibi bildirib ki, seçki mıntəqələrində online kameraların quraşdırılması seçkilərin daha da şəffaf keçirilməsinə imkan veir: "Biz ümid edirik ki, bu il keçirilən parlament seçkiləri ölkədə demokratiyanın inkişafına daha müsbət təsir göstərəcək".

Nərgiz


Müəllif: