2 Noyabr 2015 17:19
718
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ana Vətən Partiyası noyabrın 1-də keçirilən parlament seçkiləri ilə bağlı bəyanat yayıb.

Teleqraf.com-un xəbərinə görə, partiyanın Mərkəzi Şurasının yaydığı bəyanatda deyilir ki, seçkilərin Seçki Məcəlləsinə və beynəlxalq standartlara uyğun keçirilməsi cəmiyyətin demokratik inkişafı yolunda yeni bir mərhələnin əsasını qoyub: “Ana Vətən Partiyası seçkiləri müşahidə edən beynəlxalq və yerli, o cümlədən partiyanın müşahidəçilərinin rəyini əsas, tutaraq məmnunluqla etiraf edir ki, seçki kampaniyası azad, şəffaf və demokratik prinsiplərə söykənərək keçirilib. Seçki prosesinin gedişi və nəticələri bir daha bu reallığı təsdiq etdi ki, Azərbaycan prezidenti İlham Əliyevin siyasi iradəsi seçkilərin demokratik, azad və şəffaf keçirilməsində ciddi rol oynayıb”.

AVP bəyan edib ki, seçkinin nəticələri legitimdir və bu Azərbaycan xalqının siyasi iradəsini ifadə edir: “Ana Vətən Partiyasının Mərkəzi Şurası parlament seçkisinin müvəffəqiyyətlə başa çatması münasibətilə bütün xalqımızı və xalqımızın etimadını qazanan millət vəkillərini təbrik edir, onlara şərəfli vəzifələrinin yerinə yetirilməsində uğurlar arzulayır”.

Qeyd edək ki, seçkilərdə 60 saylı Salyan-Neftçala dairəsindən Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı qalib gəlib.

Nərgiz


Müəllif: