2 Noyabr 2015 19:31
553
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bütün beynəlxalq müşahidəçilər noyabrın 1-də Azərbaycan Milli Məclisinə keçirilmiş seçkilərə müsbət rəy bildirdi.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

M.Pənahov qeyd edib: "Nəhayət ki, Avropa Şurası Parlament Assambleyası da Azərbaycanda keçirilən seçkilərə normal qiymət verdi".

MSK sədri əlavə edib ki, AŞ PA-nın qiyməti mühüm əhəmiyyət kəsb edir: "AŞ PA müşahidə missiyasının nümayəndələrinin hər biri özlərinə hörmət edən insanlardır. Ona görə də onların münasibəti bizim üçün mühümdür".

İclasda, həmçinin seçkilərlə bağlı bir sıra müraciətlərə baxılıb və müvafiq qərarlar qəbul edilib.


Müəllif: