7 Noyabr 2015 21:16
622
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat Partiyası ilə Azərbaycan Xalq Cəbhəsi Partiyası arasında qarşıdurma davam edir. Bu iki partiya mütəmadi olaraq bir-birinə qarşı fikirlər işlədir, ittihamlar irəli sürür.

Müsavat Partiyasının başqan müavini Elman Fəttah konkret ad çəkməsə də, AXCP-ni saxtakarlıqda ittiham edib və deyib ki, saxtakarlıq iyrəncdir. Bu barədə başqan müavini sosial şəbəkədə bəyan edib. Sitat: "Özündən müştəbeh "ən və lap müxalifət"in sahib olduğu qəzetdə Müsavatla bağlı həqiqətlərin mütəmadi olaraq təhrif edilməsinin saxtakarlıqdan heç bir fərqi yoxdur".

Səbəb isə o olub ki, Əli Kərimliyə yaxın olan "Azadlıq" qəzetində bəyan edilib ki, bir qrup təşkilat xaricdən gələn AŞPA təmsilçiləri ilə görüşə getməyib. Amma nədənsə Müsavatın adını çəkməyiblər. Elman Fəttah da bu səbəbdən AXCP-ni iyrənc adlandırıb.

Cavidan


Müəllif: