10 Noyabr 2015 19:20
618
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Müsavat Partiyası Divanının iclası keçirilib. Müsavatın mətbuat xidmətindən verilən məlumata görə, iclasda qərarların icra vəziyyəti və təşkilati məsələlərə baxılıb.

Divan üzvü Nailə Yaqublu Türkiyənin Ankara şəhərində M.Ə.Rəsulzadənin silahdaşı, Azərbaycan Kültür Dərnəyinin başqanı Cəmil Ünalla görüşü barədə məlumat verib.

Müsavat Partiyasının seçkidən iştirakdan imtina haqqında 28 oktyabr 2015-ci il tarixli qərarına rəğmən seçkidə iştirakını davam etdirən 79 saylı İmişli seçki dairəsindən deputatlığa namizəd İltizam Əkbərlinin partiya intizamı məsələsinə baxılıb. Partiyadan xaric edilməsi və ona töhmət verilməsi təklifləri səsə qoyulub. Səs çoxluğu ilə İltizam Əkbərliyə töhmət verilməsi barədə qərar qəbul olunub.

Qeyd edək ki, İltizam Əkbərli partiyanın bu məsələdə istənilən qərarına sayğı ilə yanaşacağını bildirmişdi.


Müəllif: