11 Noyabr 2015 12:46
1 163
12 Punto 14 Punto 16 Punto 18 Punto

Magistratura səviyyəsində təhsil alan tələbələrin təqaüdləri də bakalavrlarla eyni qayda ilə hesablanacaq.

Teleqraf.com xəbər verir ki, bu sözləri Təhsil Nazirliyin elm və ali təhsil şöbəsinin aparıcı məsləhətçisi Sülhəddin Gözəlov deyib.

Onun sözlərinə görə, magistratura səviyyəsinə də dövlət sifarişi ilə qəbul olunan tələbələrə birinci semester ərzində “adi” təqaüd, 112 və daha çox balla qəbul olunanlara isə “əlaçı” təqaüdü verilir:

“Magistratura səviyəsində ödənişli təhsil alan tələbələr birinci semester akademik göstəricilərinə uyğun
olaraq təqaüd ala biləcək. Lakin qərar magistratura səviyyəsində MBA proqramı üzrə təhsil alan tələbələrə aid deyil. Çünki onlar dövlət sifarişi və Tələbə Qəbulu üzrə Qəbul Komisiyasının imtahanlarında iştirak etməyiblər”.

Sevil


Müəllif: