14 Noyabr 2015 10:40
505
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Amansız terror aktları nəticəsində Parisdə çoxsaylı insan həlak olub və yaralanıb. Bununla bağlı həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".

Teleqraf.com-un məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Twitter-dəki səhifəsində yazıb.

O, qeyd edib: "Terrorizm bu gün dünyanın bütün ölkələri üçün ən böyük təhlükələrdən biridir. Bu təhlükəni aradan qaldırmaq üçün bütün dövlətlər səylərini birləşdirməlidir. Heç olmasa, hər bir dövlət terrorizmlə mübarizədə digər maraqlarını kənara qoymalıdır. Heç olmasa, bu məsələdə bütün dövlətlər ədalətli olmalıdır".


Müəllif: