14 Noyabr 2015 13:26
603
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici işlər naziri Elmar Məmmədyarov Parisdə törədilmiş terror aktları ilə əlaqədar Fransanın xarici işlər və beynəlxalq inkişaf naziri Loran Fabiusa başsağlığı məktubu göndərib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, məktubda E.Məmmədyarov baş vermiş faciə ilə əlaqədar Fransa xarici işlər nazirinə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Fransa xalqına dərin hüznlə başsağlığı verib, yaralananlara və xəsarət alanlara şəfa dilədiyini bildirib.

E.Məmmədyarov Azərbaycanın terrorizmi, onun bütün forma və təzahürlərini kəskin şəkildə pislədiyini qeyd edərək, ona qarşı qətiyyətlə və ardıcıl mübarizə aparılmasının zəruriliyini vurğulayıb.


Müəllif: