4 İyun 2014 12:43
864
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Avrasiya İttifaqının Astanadakı təsis toplantısında Ermənistan rəhbərliyinin sərgilədiyi mövqe bu ölkənin təcavüzkar olduğunu bir daha sübut etdi”.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Elman Məmmədov deyib.

E.Məmmədov bildirib ki, Ermənistan rəhbərliyi sözügedən ittifaqa yalnız beynəlxalq miqyasda tanınmış sərhədləri ilə qoşulmağa məcburdur. Onun sözlərinə görə, Ermənistan işğalçılıq siyasətini davam etdirməklə heç nə qazanmayacaq:

“Ona görə də, Ermənistan öz təcavüzkar siyasətindən əl çəkməli, Azərbaycanın əzəli torpaqlarını geri qaytarmalıdır. Əgər bu dövlət ittifaqa qoşulursa, hansı şərtlər daxilində və hansı sərhədlərlə qəbul olunacaq? Ermənistanın həmin ittifaqa daxil olan ölkələrin heç biri ilə ümumi sərhədi mövcud deyil. Bu təşkilata qoşulmaq da Ermənistanı böhrandan xilas edə bilməyəcək”.

Səxavət


Müəllif: