18 Noyabr 2015 12:11
1 100
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 15-də Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədr müavini postundan uzaqlaşdırılan Oqtay Gülalıyev partiyadan da istefa verəcək. Bu barədə Teleqraf.com-a etibarlı mənbədən məlumat daxil olub.

Qeyd edək ki, KXCP sədri Mirmahmud Mirəlioğlu Oqtay Gülalıyevin vəzifəsindən azad edilməsilə bağlı bildirib ki, keçmiş müavini bəzi yanlışlıqlara yol verib: "Detallara varmaq istəmirəm, Ali Məclisə də bu haqda məlumat verilib”.

Partiya sədri qeyd edib ki, hazırda Oqtay Gülalıyevin yerinə təyinat olmayıb.

O.Gülalıyev KXCP Ali Məclisinin üzvü olaraq qalır. Bildirilir ki, O.Gülalıyevin müavin postundan uzaqlaşdırılması onun Milli Şuradakı fəaliyyıtilə bağlıdır. Şurada mətbuat xidmətinin rəhbəri olan O.Gülalıyev KXCP-nin siyasi fəaliyyətini daim tənqid edib, onun kursuna zidd açıqlamalar verib. M.Mirəlioğlu daha öncə O.Gülalıyevin qarşısında "ya Milli Şura, ya da KXCP" şərtini irəli sürüb. Gülalıyev birincini seçdiyi üçün KXCP sədri onunla bağlı qərar verib.

O.Gülalıyev onunla bağlı iddialara cavab verməyib. Əldə etdiyimiz məlumata görə, keçmiş sədr yaxın günlərdə KXCP üzvlüyündən imtina edəcək.

Ayxan


Müəllif: