23 Noyabr 2015 19:06
749

Noyabrın 23-də Tehranda Qaz İxrac edən Ölkələrin Forumunun 3-cü sammiti öz işinə başlayıb.

Sammitdə Rusiyanın, Türkmənistanın, Venesuelanın, İraqın, Boliviyanın, Əlcəzairin və Nigeriyanın prezidentləri iştirak edirlər.

Tədbiri açan İran İslam Respublikasının Prezidenti Həsən Ruhani çıxışına başlamazdan əvvəl Azərbaycanı Qaz İxrac edən Ölkələrin Forumuna müşahidəçi qismində qəbul edilməsi münasibətilə təbrik edib və uğurlar arzulayıb.

Prezident Həsən Ruhani ümidvar olduğunu bildirib ki, Azərbaycan gələcəkdə forumun tamhüquqlu üzvü olacaq və üzv dövlətlərlə səmərəli əməkdaşlıq edəcək.


Müəllif: