24 Noyabr 2015 12:23
633
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda oğurluq edən gənclər yaxalanıb.

Bakı şəhər Baş Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, noyabrın 23-də M.Cəlal küçəsində Oktay Quliyevə məxsus binanın zirzəmisindən 2 ədəd su nasosu, 3 ədəd su qızdırıcısı, avtomobil diski və 30 metr elektrik kabeli oğurlanıb.

Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Masallı rayon sakinləri - 1986-cı il təvəllüdlü Həsənağa Əliyev, əvvəllər məhkum olunmuş 1995-ci il təvəllüdlü Qafar Qəhrəmanlı və Neftçala rayon sakini 1995-ci il təvəllüdlü Valeh Quliyev tutulub.

Hacı Zeynalov


Müəllif: