24 Noyabr 2015 12:50
598
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu etnik təmizləmə, soyqırım siyasəti qətiyyətlə pislənir və dünyanı buna biganə qalmamağa çağırılır

Suriyanın rejimə bağlı ordusunun Rusiya bombardmançılarının dəstəyi ilə Türman Dağında apardığı savaş türkmanlara qarşı soyqırımdır.

VHP mətbuat xidmətindən verilən məlumata görə, bu barədə Vətəndaş Həmrəyliyi Partiyasının bəyanatında deyilir. Bəyanatda türkman mülki vətəndaşlarının qətliamı qətiyyətlə pislənilir:

“Rusiyanın hava dəstəyi ilə Suriyanın terrorizmə qarşı mübarizə adı altında apardığı əməliyyatların böyük bir hissəsinin terrorizmə aidiyyəti yoxdur. Belə ki, təkcə bu gün verdiyi Rusiya hərbi hava qüvvələri rəsmi olaraq Hələb, Dəməşq, İdlib, Latakiya, Həma, Xüms, Rakka və Deyr-əz-Zor bölgələrində İŞİD-ə qarşı əməliyyat həyata keçirdiyi barədə məlumat yayıb. Hələbin şimal-şərq bölgəsi, Rakka və Deyr-əz-Zor istisna olmaqla, digər bölgələrdə İŞİD terrorçularının olmadığını nəzərə alsaq, demək, Rusiyanın hava hücumlarının heç də İŞİD-ə qarşı yönəlmədiyini görmək mümkündür.

Türkman Dağı bölgəsində də heç bir terrorçu yoxdur. Sadəcə Bayırbucaq türklərini bölgədən köçürməyi hədəflənir və bunun üçün qətliamlar törədir. Son günlər mülki əhali ərasında ölənlərin sayının artması, həmçinin azyaşlı uşaqların bombardman nəticəsində qətlə yetirilməsi bir daha sübut edir ki, dinc sakinlərə qarşı soyqırımın məqsədi bölgəni türkmanlardan təmizləməkdir.

Vətəndaş Həmrəyliyi Partiyası bu etnik təmizləmə, soyqırım siyasətini qətiyyətlə pisləyir və bütün dünyanı buna biganə qalmamağa çağırır”.

Nemət


Müəllif: