24 Noyabr 2015 19:45
537
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Draqan Çoviçə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Bosniya və Herseqovinanın milli bayramı – Dövlətçilik günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan ilə Bosniya və Herseqovina arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı daim ölkələrimizin və xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Bosniya və Herseqovinanın dost xalqına sülh və firavanlıq arzulayıram".


Müəllif: