27 Noyabr 2015 13:27
456

“Sonuncu dəfə ATƏT-in Minsk qrupu həmsədrləri Bakıya gələndə təklif etdilər ki, ilin sonuna kimi Azərbaycan və Ermənistan prezidentlərinin görüşü təşkil olunsun. Hazırda həmin təklif üzərində iş gedir”.

Teleqraf.com-un məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə keçirdiyi brifinqdə çıxışı zamanı bildirib.

Nazir deyib ki, bu ilin sonuna kimi görüş keçirilə bilər. Onun sözlərinə görə, hazırda Dağlıq Qarabağ münaqişəsi bütün region üçün problem yaradır.

Türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə keçirdiyi görüşə də toxunan E.Məmmədyarov deyib: “Artıq adət halı alıb ki, Azərbaycan və Türkiyədə hər seçkidən sonra ilk səfər ya Türkiyə, ya da Azərbaycan olur. Bu, iki ölkə arasında olan münasibətlərin yüksək səviyyədə olduğundan bir daha xəbər verir.

Mən Mövlud bəylə görüşdə Dağlıq Qarabağ münaqişəsi istiqamətində aparılan danışıqların indiki vəziyyətini də müzakirə etdim. Cənab Mövlud Çavuşoğlu da Dağlıq Qarabağ məsələsində Azərbaycana dəstəyini ifadə etdi”.


Müəllif: