1 Dekabr 2015 15:05
682
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni Azərbaycan Partiyasından (YAP) olan deputat Aydın Mirzəzadə tarixi şəxsiyyətlərə hörmətdən danışıb.

A.Mirzəzadə Publika.az-a açıqlamasında deyib ki, ayrı-ayrı tarixi şəxslərə qiymət verən zaman həmin dövrün çətinlik və çərçivələrini mütləq nəzərə almaq lazımdır. Onun sözlərinə görə, hər bir kəsin çəkdiyi əziyyətə və xalq üçün etdiyi fədakarlığa demokratik qiymət vermək vacibdir: “Həmin dövrdə başlanan uğurlu inkişaf axarımızı indiki dövrün nəsilləri yaranmış müstəqillik imkanlarından istifadə edərək daha yüksək səviyyədə həyata keçirirlər. Bu gün müstəqil Azərbaycan dövləti, bütün sahələrdə uğur qazanan daxili-xarici siyasətimiz var. Bu gün Azərbaycan xalqının beynəlxalq aləmdə yüksək etimad doğuran fəaliyyəti mövcuddur. Hesab edirəm ki, bütün bunlara görə ayrı-ayrı dövrlərdə yaşamış tarixi şəxsiyyətlərin böyük əməyi var. Ata və babalarımızın başlatdığı yolu indiki nəsil şərəflə davam etdirməyə çalışır”.


A.Mirzəzadə qeyd edib ki, Azərbaycan dövlətçiliyinin çox zəngin tarixi var: “Biz həmin tarixlərlə fəxr edirik. Tarixdə Azərbaycan dövlətinin və xalqının adının yüksəlməsi üçün çalışan görkəmli şəxslər olub. Bəzən həmin dövrlər və mövcud vəziyyət ən ali məqsədlərə çatmağa imkan verməsə də, bununla belə hər bir dövrdə tariximizi zənginləşdirən kifayət qədər ciddi addımlar atılıb. Bunlardan biri də 1918-1920-ci illəri əhatə etmiş Azərbaycan Xalq Cümhuriyyəti dövrümüzdür. Həmin dövrdə cümhuriyyət ataları yaranmış şansdan istifadə edib müstəqil dövlətimizi bərpa ediblər və lazımi addımlar atıblar. Onlar Azərbaycan xalqının güclənən demokratiya və insan hüquqları prinsiplərinə sadiq olduğunu göstəriblər. Hesab edirəm ki, bu istək və açılan yollar sonradan daha da genişləndirildi və öz əksini tapdı”.


Müəllif:

Oxşar xəbərlər