Xarici işlər naziri Elmar Məmmədyarov Belqradda keçirilən ATƏT Nazirlər Şurasının 22-ci iclası çərçivəsində Malta Respublikasının xarici işlər naziri Corc Vella ilə görüşüb.
Xarici İşlər Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, görüş zamanı nazirlər Azərbaycan və Malta arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi yollarına dair fikir mübadiləsi aparıblar. Nazirlər iqtisadiyyat, enerji və turizm kimi sahələrdə əməkdaşlığın gücləndirilməsi üçün geniş imkanların mövcudluğunu qeyd ediblər.
İkitərəfli əlaqələrin inkişafı məqsədilə müqavilə-hüquq bazasının inkişafı və qarşılıqlı səfərlərin vacibliyi vurğulanıb.
Görüşdə həmçinin tərəflər arasında iki ölkənin Diplomatik Akademiyaları arasında əməkdaşlıq məsələləri də müzakirə olunub.
Səxavət