4 Dekabr 2015 13:04
1 171
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin iclasında çıxış edən deputat Fazil Mustafa həmkarı Naqif Həmzəyevin Məhəmməd Əmin Rəsulzadə haqqında təhqiramiz fikirlərinin müzakirə edilməsini təklif edib.

Teleqraf.com-un xəbərinə görə, deputat deyib ki, həmkarı Azərbaycanın dövlət qurucularından birini təhqir edib: “Tarixi şəxsiyyətlərlə bağlı ziddiyyətli fikirlər ola bilər. Ancaq Rəsulzadə bu dövlətin yaradıcılarından biridir. Əgər kimsə dövlətin yaradıcısı haqqında belə fikirlər işlədirsə, demək məmnun deyil. Təşəkkür edirəm ki, YAP-ın bəzi üzvləri bu məsələdə prinsipial mövqe ortaya qoydu. Əbülfəz Elçibəy dünyasını dəyişəndə Heydər Əliyev gəlib məzarının üzərində dayandı. Bu cəbhəçilərin Heydər Əliyevin şəxsiyyəti haqqında fikirlərində 180 dərəcə dəyişiklik etdi. Və yaxud son illər "Eks-prezidentlər haqqında" Qanun qəbul olundu. Bu da mühüm addım idi”.

Картинки по запросу Ziyafət Əsgərov

Vitse-spiker Ziyafət Əsgərov isə deyib ki, dünən Naqif Həmzəyevin mətbuatada müsahibəsini oxuyub: “Naqif müəllim həmin müsahibəsində qeyd edib ki, belə fikirlər işlətməyib. İndi jurnalist deyir, işlədib, Naqif müəllim deyir, işlətməyib. Məncə, bunu özləri müəyyən etməlidir. Daha sonra biz bunu müzakirə edə bilərik”.

Nemət


Müəllif:

Oxşar xəbərlər