Dekabrın 8-də Parisdə Avropa Şurası Parlament Assambleyasının Hüquqi işlər və insan hüquqları komitəsinin iclası keçiriləcək.
Tədbirdə Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Rafael Hüseynov iştirak edəcək.
Teleqraf.com xəbər verir ki, iclasda Avropa Şurasına üzv ölkələrdə insan hüquqları müdafiəçilərinin rolu və onların müdafiəsinin gücləndirilməsi, Avropada QHT fəaliyyətlərinin haqsız məhdudlaşdırılmasının önlənməsi mövzularında məruzələr dinləniləcək, insan hüquqları müdafiəçilərinin qorunması üzrə baş məruzəçi vəzifəsinin yaradılması, yeni məruzəçilərin müəyyən olunması barədə müzakirələr aparılacaqdır.
Deputat Rafael Hüseynov müzakirə olunacaq məsələlərlə bağlı çıxış edəcək, qeyd və təkliflərini bildirəcəkdir.
Nemət