Parlamentdə "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Qanuna dəyişikliklər edilməsi barədə qanunun layihəsi müzakirəyə çıxarılıb.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, bir neçə il əvvəl qanuna əlavələr edilib. Yeni dəyişiklikdə vətəndaşlığın itirilməsinin iki əsası təklif edilir. Vətəndaşın dini ekstrimist fəaliyyətində iştirakı, dini təhsil adı altında xaricdə təlim keçməsi vətəndaşlığın itirilməsinə səbəb olur.
Deputat Qüdrət Həsənquliyev qanun layihəsinə etiraz edib. O deyib ki, Konstitusiyanın 53-cü maddəsində qeyd edilir ki, vətəndaş heç bir halda vətəndaşlıqdan mərhum oluna bilməz: "147-ci maddədə Konstitusiyanın hüquqi qüvvəsindən danışılır. Qeyd edilir ki, konstitusiya hüquqi qüvvəyə malikdir. Qanunlar Konstitusiyaya zidd olmamalıdır. Qanunu pozanlara qarşı ağır cəzalar nəzərdə tutaq, amma Konstitusiyanı pozmaq olmaz”.
Vitse-spiker Ziyafət Əsgərov isə deyib ki, Konstitusiyanın əsasları bərpa olunmalıdır: “Bəli, Konstitusiyanın 53-cü maddəyə görə, heç kəs heç bir halda vətəndaşlıqdan mərhum edilə bilməz. Amma burada söhbət vətəndaşlığın itirilməsindən gedir, vətəndaşlığın mərhum edilməsindən getmir. Bunlar ayrı situasiyadır”.
Komitə sədri Əli Hüseynli qeyd edib ki, burada vətəndaşlığın itirilməsinin əsaslarının müəyyən olunmasından söhbət gedir.
Nemət