5 İyun 2014 13:47
864
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağ Azadlıq Təşkilatı “Qarabağ Təbliğat Turu” çərçivəsində Türkiyənin İzmit və Sakarya şəhərlərində tədbirlər keçirib.

Teleqraf.com xəbər verir ki, İzmitdə Türkiyə Azərbaycan Dərnəkləri Federasyonunun təşkilatçılığı ilə Qarabağ mövzusunda dəyirmi masa baş tutub. Dəyirmi masa iştirakçıları Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, bu sahədə Azərbaycan və Türkiyə QHT-lərinin əməkdaşlıq imkanlarından danışıblar. Dəyirmi masanın sonunda QAT heyəti Qarabağ həqiqətlərinə dair kitabları Azərbaycan Kültür Dərnəyinin başqanı Bilal Dindara təqdim edib. Dərnəyin ofisində Qarabağ informasiya guşəsi yaradılıb.

QAT üzvləri daha sonra Sakarya Universitetində olublar. Universitetin kitabxanasında professor-müəllim heyəti və tələbələrlə görüş keçirilib. Kitabxananın direkoru Mustafa Eşməli, universitetin azərbaycanlı tələbələr qrupunun rəhbəri Müşviq Cəbrayılov, QAT sədri Akif Nağı, QAT üzvləri Fəridə Əsgərova, İlqar Əli, Cəfər Dal və digərləri çıxış edib. Universitetin kitabxanasına Qarabağ həqiqətlərinə dair kitablar təqdim olunub, həmin kitabların əsasında kitabxanada Qarabağ informasiya guşəsi yaradılıb. Kitabxana rəhbərliyi yaxın vaxtlarda Qarabağ mövzusunda kitablardan ibarət sərgi açacaqlarını bildirib.

QAT üzvləri daha sonra Kocaeli valisinin müavini Şükrü Çakırla görüşüblər. Görüşün sonunda valiliyin himayə etdiyi Kitabsevərlər Dərnəyinin kitabxanasına Qarabağ həqiqətlərinə dair kitablar təqdim edilib, həmin kitablardan ibarət guşə yaradılıb.

Səxavət


Müəllif: