8 Dekabr 2015 11:34
585
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavatdan ayrılacağı və Ağ Partiya yaradacağı mesajını verən Tural Abbaslı növbəti dəfə Arif Hacılını tənqid edib.

T.Abbaslı bəyan edib ki, artıq Müsavatın ictimai rəyə təsir imkanları yoxdur. Onun sözlərinə görə, narazılıqların artan xətt üzrə davam etməsi, üstəlik bunun aradan qaldırılmaması daha kəskin durum yaradacaq: “Dünənə qədər indiki rəhbərliyə inananların xəyal qırıqlığına düşməsi kimi faktlar partiyanı zəif hala salıb. Narazılıq xeyli çoxdur. Artıq proseslərə təsir imkanları itirilib. Əgər narazılıqların aradan qaldırılması üçün real addımlar atılmasa, Müsavat sıradan bir partiyaya çevriləcək. Müsavatın itirdiyi baza var. Bu həm ziyalı bazasıdır, həm də sadə üzvlər. Xeyli güc itirilib. İndi bu insanların geri qaytarılması mərhələsi başlanılmalı, addımlar atılmalı, onlarla görüş keçirilməli, ümumi barışıq mühiti yaradılmalıdır”.

Tural Abbaslı əlavə edib ki, rəhbərlikdə olanlar Arif Hacılının siyasi iradəsindən asılı duruma düşüblər: “Müsavatda, əsasən, Arif Hacılını arzu və istəkləri üzərindən siyasət izlənilir. Odur ki, barışıq mühiti yaratmaq üçün bu komandanın əksəriyyətinin siyasi iradəsinin olmasına gərək qalmır. Arif Hacılının siyasi iradəsi ortaya qoyulmalıdır. Lakin o, da hələlik bu fikirdə deyil və barışıq mühiti yaratmaq istəmir. Böyük ehtimalla düşünür ki, güclü Müsavatı idarə etmək indiki Müsavatı idarə etməkdən daha çətin olacaq”.

T.Abbaslı hesab edir ki, Müsavatın bu günə düşməsinin məsuliyyəti sabiq başqan İsa Qəmbərin deyil, indiki başqan Arif Hacılının üzərindədir: “Əgər biz siyasi fəaliyyətlə məşğuluqsa, kimlərisə mənəvi baxımdan suçlaya bilmərik. Fakt odur ki, bir ildən çoxdur Müsavata Arif Hacılı rəhbərlik edir. İsa Qəmbər isə Müsavatda 120 Məclis üzvündən biridir. Faktiki rəhbərlik Arif Hacılının əlindədir. Bu gün Müsavatın uğurları da, məğlubiyyəti də, zəifləməsi də Arif Hacılının ayağına yazılacaq. Arif Hacılının özünün İsa Qəmbərlə nə dərəcədə məsləhətləşməsi şəxsən mənə maraqlı da deyil. Reallıq odur ki, Müsavatın bu duruma düşməsinin səbəbkarı Arif Hacılının özüdür”.

CAVİDAN


Müəllif:

Oxşar xəbərlər