9 Dekabr 2015 17:21
721
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Elm və təhsil komitəsininin bu gün keçirilən iclasında “Elm haqqında” qanun layihəsinin müzakirəsi zamanı millət vəkilləri arasında fikir ayrılığı yaranıb.

Teleqraf.com xəbər verir ki, “Elm haqqında” qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Şəmsəddin Hacıyev onun yaz sessiyasına saxlanılmamasını təklif edib: “Biz qanun layihəsində dəyişikləri qısa zaman çərçivəsində edib, payız sessiyasında plenar iclasa çıxara bilərik. 5 ildir biz “Elm haqqında” qanun layihəsinin üzərində işləyirik. Bununla bağlı müzakirələr zamanı deputatların əksəriyyəti öz təkliflərini və tövsiyyələrini vermişdilər. Bunlar əsasən müəyyən fəsillər və ya maddələr üzrə olub. Biz bu təkliflərin bəzilərini dəyərləndirib, dəyişiklər edərək, Milli Məclisin payız sessiyasına təqdim etdik. Düşünürdük ki, oktyabr ayında müzakirə edilər, lakin bu məsələ qaldı. Həmin təklifləri mən bir həftə ərzində toplayıb İsa müəllimə təqdim edərəm, buna işçi qrupunda da baxılar və hamının fikirləri də orada nəzərə alınar. Bundan sonra ikinci oxunuşda payız sessiyasında yenidən təqdim edilər. Hesab edirəm ki, qanun layihəsinin yenidən saxlanılmasına və bu qədər vaxt sərf edilməsinə ehtiyac yoxdur”.

Milli Məclisin Elm və təhsil komitəsinin yeni sədri İsa Həbibbəyli isə həmkarının fikirləri ilə razılaşmayıb: “Biz daha təkmil qanun qəbul etməliyik. Siz istəmirsiniz ki, qanun layihəsi təkmilləşdirilsin? Bunun üçün biz millət vəkillərinin təkliflərini alırıq. Siz də öz təkliflərinizi verdiniz”.

Nemət


Müəllif:

Oxşar xəbərlər